1 day in Prague!

İlk dəfə idi ki EU”də çıxırdım, ilk dəfə idi ki tam avropa şəhərində idim, Yani Turkiyə, Azərbaycan, Gürcüstan,Rusiya kimi həm aziya, həm avropa ölkəsi deyildi. Səfərimiz Vroçlav şəhərinə idi-Polşaya. Amma təyyarə ilə ilk Pragaya (Çexiya) endik, ordanda Vroclav şəhərinə avtobusla keçdik. Saat yerli vaxtnan axşam 08:55 pm idi. Praganı gəzməyə bizim , demək olarkı, 6 saatımız oldu. Bakıda olarkən hələ fikirləşirdik ki: “yox, vaxt azdı, yaxşı gəzə bilməyəcik Praganı”. Amma hələ 1-2 saatdan sonra “mitilimiz” çıxdı, yorğunlukdan öıürdük artıq, əl çantalarımız ağır idi həm. (Baqajımızı  “ hlavní nádraží ”metro stansıyasının içərisində yerləşən eyni adlı vağzalının yük saxlama şöbəsinə vermişdik).



Praga.
Bakıdan evdən 02:30 am"də çıxdıq, təyyarə saat 05:45"də idi. Pragada Turan qarşıladı bizi.  Hava limanından avtobusla (№ 100) Zličín"nə qədər getdik. Marağlı odur ki avtobusda, metroda 99% hallarda səni yoxlamırlar, yani Bakıda avtobusdan düşərkən pulu ödəyirsən, metroya girərkən pul ödəyirsən, burda isə avtobusda konduktor yoxdusa havayi keçə bilirsən, amma əgər konduktor səni tutdusa 30AZN mənləğində ştraf verirsən. Sürücü isə yalnız maşınını sürür, yani heç vecinə deyil kimsə ödədi ya yox. Metroda isə 10 dənə keçid varsa (giriş çıxış bir yerdədi) ikisində yalniz bilet salma yeri var. Keçidlərdə bizimki kimi deyil: 1.4 m"lik trubadı, başındada bilet salmaq üçün yer. Yüklərimizi “ hlavní nádraží ” yük yerinə qoyduq. Ordanda cıxdıq şəhəri gəzməyə. Gəşəng şəhərdi. Həyatla dolu şəhərdir. Şəhər qaynıyır orda. Atam demişdi ki çixan kimi Muzey görəcəksiniz, onunla üzbəyüz aşağı küçə gedir, mağazalarla, kafelərlə dolu olan küçə: 

Gəzdik dolaşdıq, çoxlu marağlı görməli yerləri var Praganın: 





1-2 saatdan sonra artıq yorulmuşduq. Vaxtımızı bilmirdik necə keçirdək. (Vroclava"dək avtobusumuz saat 08:40pm"də yola düşürdü.). 1ci  balaca bir ticarət mərkəzinə girdik: çay, kofe içdik, bir az dincəldik. Sonra qərarə gəldik həmin vağzala dönək. Vağzal cox böyük idi: içərisindədə çoxlu mağazalar, fast-fudlar, apteklər, hətta çimməyə bilə yer var idi. Orada Burger King"də oturduq, yedik, içdik. Marağlı gələn birdə o oldu ki, hamı yedikdən sonra öz podnosunu aparib atırdı. (Bakıda isə 70% insanlar elə etmirlər). 2-3 saatda orda vaxtımızı keçirtdik. "Bus Station" "Florenc" adlı metro stansiasında yerləşirdi, vağzalda bir stansiya. Yüklərimizi götürdükdən sonra getdik bus station"a. 30dəqiqə vaxtımız var idi: oturduq çaynan, dondurmalı isti keks yedik. Sonra mindik avtobusa. Avtobus ikimərtəbəli, Wi-Fi'lə təchiz olumuş idi. (amma Wi-Fi Polşa ərazisində işləyir). 4saat 40 dəqiqə yol getdik. Yolda yatdıq, durduq, bir az mahnıya qulaq asdım, komputorla oynadım. Bir az batareykasıvardı, onu da Turan bitirdı.
P.S bir şeyədə cox məəttəl qaldım: piyadala zebraya çıxan kimi maşımlar 3-4 metrədən saxlıyırlar. Məs, bir nəfər keçir yolu, maşındakıda heç baxmır piyada keçdi qurtardı ya yox. Özü üçün danışır yanındakiyla. Birdə maşın signal səsini heç eşitmədim orda.
Vroclav.
Gecə saat 01:30da çatdıq Vroclava. Dayanacaqdan çıxıb, oturduq taksiyə. Taksi gətirdi bizi otelimizin yanınacan, elədə baha olmadı: 7AZN hardasa.
Gələn kimidə düüüüüüz yatmağa! Çünki 24 saat idi yatmırdıq.

To be continued!!!!

No comments