Vroçlav qnomları - bəzi məlumata görə 2001ci ildən quraşdırılıb, bəzilərinə isə görə - 2004. Tam bilmirəm ona görə. Onların sayısı hər dəfə artır. Hazırda şəhərin ən görməli yerlərindən (əşyalarından) biridir. Onları tapmaq üçün xüsusi turlar və broşüralar, eləcə də hər birinin tarixcəsini anlatan bir kitabça var. Hər dəfə yenilərini qururlar, bununla yanaşı köhnələrini oğurluyurlar, ya da sındırırlar.
İlk çəkilmiş qnomlar Valdemar Fidrihın ideyasına əsasən Vloçlavda yaranmışdır. Və ən məşhur təşkil olunmuş Qnomların Nümayişi aksiyası 1 iyun 1987ci ildə olmuşdu.
Vloçlava getməmişdən əvvəl bu qnomlar haqqında oxumuşdum, amma bilməzdim onların sayısı bu qədər çoxdu: 173 dənə. İlk gəldiyimizdə yalnız yolun ortasına, binaların altına baxırdıq onları görmək üçün. Amma sonra internetdə oxudum ki çox gəribə yerlərdə sənə rast gələ bilər, məsələn, işıq fonarların başında, pəncərələrin qabağında, və s. Ondan sonra daha bir neçəsini tapa bildik..
Bu gün bir suvenir mağazasına girdikdə, mehriban bir satıcı idi, hardan olduğumuzu soruşdu hətta, sonra isə o qnomların xəritəsini verdi bizə..
Hər bir qnomunda öz hadisəsi var.
Məsələn aşağıda ki - GOURMET (Obiezysmak) - bütün dünyadan, masaların üstündə qalan qırım-qırıntıları yemiş bir qnomdur. Yazılıb ki bir gün Main Square"də o qədər yedi ki , artıq tarpənə bilməyib, bizimlə burada qaldı.
SISYPHUSES (Syzyfki) - Bir birinə baxa bilməyən iki qnomdurlar. Biri itəliyir qabağa, o birisi isə - arxaya. Onlar 200 qnom ilidi ki eyni yerdədilər.
0 comments:
Post a Comment